Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Merkel keçirdiyi mətbuat konfransında qeyd edib ki, Ərdoğanın istəyi üzrə keçirilən ikitərəfli danışıqlar ortada dərin fikir ayrılıqlarının olduğunu üzə çıxarıb: "Görüşdə Türkiyədəki həbslər, digər əsas proseslər, alman vəkillərinin İncirlik bazasına buraxılmamasını müzakirə etdik. Bu mövzularda aramızda ciddi fikir ayrılıqları var".
Merkel Almaniyada Ərdoğana etiraz edən PKK tərəfdarlarının polisə qarşı zorakı davranışlarınə kəskin pisləyib. Kansler İraq kürdlərini ölkənin bir hissəsi hesab etdiyini dilə gətirib.