Azərbaycanda 15 iyul qiyam cəhdilə bağlı bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.
TRT-dən Teleqraf.com-a verilən məlumata əsasən, demokratik seçkilərlə hakimiyyətə gəlmiş olan hökuməti və prezidenti yıxmağa çalışan çevrilişçilərin demokratiyanı müdafiə edən vətəndaşlara F-16 təyyarələriylə, tanklarla və ağır silahlarla atəş açması nəticəsində 249 nəfər şəhid edildi, 2193 nəfər isə yaralanaraq qazi oldu. 15 iyul hərbi çevriliş cəhdi sadəcə Türkiyənin yaxın tarixi baxımından deyil, eyni zamanda dünya demokratiya tarixi baxımından da bir dönüş nöqtəsidir.
15 iyul 2016-cı il tarixində həyata keçirilməyə çalışılan hərbi çevriliş təşəbbüsünün ildönümündə “TRT World Research Centre” ilə “Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi” (QAFSAM) tərəfindən birgə təşkil edilən dəyirmi masada 15 iyul FETÖ-cü hərbi çevriliş təşəbbüsünün mahiyyəti və FETÖ ilə mübarizə müzakirə olunacaq.
Mənbənin bildirdiyinə görə, tədbir Beynəlxalq Mətbuat Mərkəzində 12 iyul 2017 tarixdə saat 14:30-da başlayacaq.