“Əsədin hakimiyyətdən getməsi Fransa üçün vacib deyil. Suriyadakı siyasi böhranın həll yolu hazırlanmalıdır”.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emanuel Makron Parisin Yelisey sarayında Donald Trampla görüşdən sonra keçirilən brifinqdə deyib.
Makron qeyd edib ki, Fransa üçün əsas Suriyadakı terrorçuların məhv edilməsidir.