16 İyul 2017 00:12
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın "Aviapark" Ticarət mərkəzindən 6 min insan evakuasiya edilib. Buna səbəb ticarət mərkəzinə bomba qoyulması haqda gələn anonim zəng olub.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, Avropanın ən böyük ticarət mərkəzlərindən biri olan "Aviapark"dan 6 min nəfər təcili olaraq çıxarılıb. Eyni zamanda avtomobillər də oradan kənarlaşdırılıb.

Qeyd edək ki, bu, "Aviapark"da birinci insident deyil. Daha öncə də ticarət mərkəzinə bomba qoyulması haqda anonim zənglər olub. Amma onlar yalan çıxıb.


Müəllif: Nahid

Oxşar xəbərlər