22 İyul 2017 00:48
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini tam dəstəkləyir. Azərbaycanın işğal altında olan torpaqları geri qaytarılmalı, ərazi bütövlüyü təmin edilməlidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Axar.az-a Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh jurnalistlərə müsahibəsində deyib.

Səfir bildirib ki, ölkələrimiz arasında bir çox sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq inkişaf edir. Azərbaycanda Misirin Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.

İqtisadi sahədə ölkələrimiz arasında olan əməkdaşlığa toxunan səfir əminliyini ifadə edərək qeyd edib ki, bu ilin oktyabrında Bakıda keçiriləcək Misir-Azərbaycan Hökumətlərarası Komissiyasının dördüncü iclası iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər