Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Şərqi Qutada qurulacaq təhlükəsizlik zonası üçün Rusiya və Suriya müxalifəti arasında danışıqlara Misir vasitəçilik edibb. Buna qədərki müzakirələr uğursuz olmuşdu.
Qeyd edək ki, Şərqi Quta zamanında kimyəvi hücuma məruz qalan bölgələrdən biridir.
Sazişlə bağlı Rusiya Müdafiə Nazirliyinin şərhində bildirilir ki, nazirliyin səlahiyyətli nümayəndələri ilə Suriya liberal müxalifəti arasında Qahirədə keçirilən danışıqlar nəticəsində Şərqi Qutadakı gərginliyi azaltmaq naminə saziş imzalanıb.