Teleqraf.com rus mediasına istinadla xəbər verir ki, bu sözləri ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Cozef Danford deyib.
Onun sözlərinə görə, bu haqda KİV-lərdə xəbərlər yayılsa da, öz təsdiqini tapmayıb: “Onlar Rusiyadan S-400 havadan müdafiə sistemləri almayblar. Bunu etsəydilər, bizdə narahatlığa səbəb ola bilərdi”, - deyə general Cozef Danford qeyd edib.
Bu baxımdan Cozef Danford Türkiyənin ABŞ-ın vacib müttəfiqi olduğunu bəyan edib.
Bloomberg agentliyinin yaydığı məlumatda bildirilirdi ki, Türkiyə 2018-ci ildə S-400 zenit-raket komplekslərinin əldə edilməsinə dair Rusiya ilə saziş bağlamağı nəzərdə tutub.
Türk rəsmiləri də danışıqların uğurla getdiyini açıqlayıb.