28 İyul 2017 10:23
639

İran kosmosa peyk göndərmək məqsədilə daşıyıcı raketi sınaqdan çıxardığını açıqlayıb.

Teleqraf.com CNN Türk-ə istinadla xəbər verir ki, İran hökumət qaynaqlarından verilən məlumata görə, “Simurq” adlı raket uğurla kosmosa çatıb.

Peykdaşıyıcı vasitənin 250 kiloqram ağırlığında bir peyki Yerin orbitindən 500 kilometr uzaqlıqda yerləşdirmək imkanına sahib olduğu qeyd edilib.


Müəllif: Cavad