28 İyul 2017 19:32
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avorpa Birliyi Komissiyasının sədri Jan Klod Yunker Almaniya kansleri Angela Merkelin telefonuna cavab verməyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Yunkerin Slovakiyanın baş naziri Robert Fiko ilə keçirdiyi mətbuat konfransı zamanı baş verib.

Yunkerin telefonuna zəng gəlib. O, jurnalistlərdən üz istəyərək, "Həyat yoldaşım zəng edib" deyir və telefonu cibindən çıxarır.

Daha sonra isə avropalı diplomat "Xeyir, zəng edən xanım Merkeldir" deyərək, "no" düyməsini basıb.

Həmin görüntüləri təqdim edirik:


Müəllif: Samir

Oxşar xəbərlər