Teleqraf.com xarici mediaya istiandla xəbər verir ki, Qətərin Xarici İşlər naziri Şeyx Məhəmməd ibn Əbdürrəhman əs-Sani blokadanın beynəlxalq hüququn pozulması mənasına gəldiyini deyib:
"Blokada tətbiq edən ölkələr bunun qanunsuz olduğunu qəbul etmək istəmirlər".
Ötən gün Bəhreynin Xarici İşlər naziri Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarlarıyla keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qətərlə danışıqlara hazır olduqlarını söyləyib.Ərəb ölkələri dialoqa başlamaq üçün Qətər qarşısında şərt irəli sürüblər.
Bu dörd ölkə Qətəri "terroru dəstəkləməkdə" ittiham edərək 5 iyundan sonra onunla əlaqələri dondurub.