4 Avqust 2017 14:45
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin ordusunun genişmiqyaslı hərbi təlimləri səbəbindən Sarı dənizin böyük bir hissəsində gəmi səfərləri qadağan edilib.

Teleqraf.com xarici mediaya istinadla bildirir ki, Sarı dənizdə nəhəng hərbi təlimlər 4-8 avqust tarixlərində keçiriləcək.

Bu müddətdə mülki su nəqliyyatının səfərləri yasaqlanıb.

Rəsmi Pekin Sarı dənizdə bu gündən başlayan hərbi manevrlər haqda detallı məlumat verməyib.

Qeyd edək ki, Çinin hərbi manevrləri Sarı dənizin böyük hissəsini və Şərqi Çin dənizinin bir qismini tutmaqla 57 min kvadrat kilometrlik sahəni əhatə edir.

Bu gündən başlayan hərbi təlimlər Çin Xalq Qurtuluş Ordusunun 90-cı ildönümünə həsr olunub.


Müəllif: Cavad

Oxşar xəbərlər