5 Avqust 2017 17:14
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

On bir ildir İsrailin Baş naziri olan Binyamin Netanyahu vəzifəsindən kənarlaşdırıla bilər.

Teleqraf.com-un məlumatına görə, bu iddianı "Yerusalem Post" nəşri irəli sürüb.

Qəzet bildirir ki, Netanyahunun xüsusi sözçüsü olmuş Ari Harou baş nazirə qarşı rüşvət və korrupsiya ittihamı ilə aparılan istintaqda ifadə verəcək.

O, istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.

Ari Harou 2015-ci ildə korrupsiya ittihamı ilə vəzifəsindən uzaqlaşdırılıb. O, baş nazirə qarşı etiraf ifadəsi versə, yüngül cəza alacaq.


Müəllif: Mahir

Oxşar xəbərlər