Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Kiyev hökumətinin rəsmi nümayəndəsi Vasili Servatyuk məlumat verib.
Onun sözlərinə görə, Saakaşvili tutulan kimi Ukrayna paspotru əlindən alınacaq:
“Bununla bağlı Ukrayna Prezidenti Petro Poroşenkonun xüsusi əmri var. Pasport alındıqdan sonra Saakaşviliyə arayış veriləcək”.
Qeyd edək ki, Mixail Saakaşvili iyulun 26-da ABŞ-da olarkən Ukrayna vətəndaşlığından çıxarılıb.