9 illik evlilikdən sonra həyat yoldaşı Pola Pettonla ayrılan müğənni Robin Tikin uşağını görmək problemi ilə bağlı məhkəmə işi sonlanıb.
Teleqraf.com xəbər verir ki, uzun zaman davam edən məhkəmə prosesi atanın xeyrinə yekunlaşıb. Belə ki, bundan sonra ifaçı öz övladını istədiyi vaxt görə bilmə imkanı əldə edib. Robin Tik 7 yaşlı oğlu Culianı demək olar ki, görə bilmirdi. Yeni həftədən etibarən müğənninin oğlu 1-3-cü günləri atası ilə, 3-5-ci günləri anası ilə, şənbə və bazar günlərini isə gah atası, gah anası ilə keçirəcək.
Qeyd edək ki, dünən yayılan xəbərə görə, musiqiçinin 22 yaşlı model sevgilisi Eypril Lav hamilədir.