5 Sentyabr 2017 13:23
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Şimali Qafqazda genişmiqyaslı artilleriya təlimlərinə başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Cənub hərbi dairəsinin mətbuat katibi Vadim Astafyev məlumat verib.

Onun sözlərinə görə, təlimdə 58 artilleriya bölməsindən 2500 hərbçi və 500 texnika iştirak edir:

“Təlimlərdə məqsəd 152 millimetrlik haubitsaların, “Tornado-Q” və “Uraqan” reaktiv atəş açan qurğuların, “Şturm-S” tank əleyhinə komplekslərin və 120 millimetrlik minaatanların fəaliyyətini yoxlamaqdır. Bundan başqa, təlimlərdə yeni pilotsuz uçuş aparatları da sınaqdan keçiriləcək”.


Müəllif: Samir

Oxşar xəbərlər