Amerikalı senatorlar Türkiyəyə görə təcili toplantı keçiriblər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb Türkiyənin Rusiyadan S-400 raketlərini alması olub.
Amerikalı senatorlar bu vəziyyətdən narahat olduqlarını bildiriblər.
Demokratlar ABŞ-ın müttəfiqi Türkiyənin bu addımının “Rusiya-İran-Şimali Koreyaya qarşı sanksiyalar” qərarının 231-ci maddəsinə uyğun gəlmədiyini bildiriblər.