İraq ərazisinin 90 faizi İŞİD terrorçularından təmizlənib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə İraq Baş nazirinin müavini Səid əl-Xadici məlumat verib.
O bildirib ki, İŞİD qısa zamanda nəzarətində olan torpaqlardan çıxarılıb: “İraq ordusu ölkədə terrorçuluğun qarşısını almağa tam hazırdır”.
Xadici əlavə edib ki, arıt 2,2 milyon qaçqın yurdlarına geri dönüb.