20 Sentyabr 2017 23:14
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 28-də rusiyalı həmkarı Vladimir Putin ilə görüşəcək.

Bunu Ərdoğan Nyu-Yorkda keçirilən işgüzar forumda bəyan edib.

“Gələn bazar ertəsi cənab Putin ilə telefon bağlantımız olacaq, sentyabrın 28-də isə birgə şam edəcəyik. Bütün baş verənləri müzakirə edəcəyik, o cümlədən Suriyanı”, deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti görüşün keçirləcəyi məkanın adını açıqlamayıb. (APA)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər