Hindistanın Ultar Pradeş əyalətində qeyri-adi körpə doğulub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yeni doğulan körpənin qulaqları yoxdur, gözləri qırmızı rəngdədir, fərqli ağzı var, burnu isə yan tərəfdədir.
Anası doğulan körpəsini gördükdə gözlərinə inanmayıb. Həkimlər düşünür ki, bu, qeyri-adi körpədir və daha çox düşündükləri şeytana bənzəyir. Uşağın şeytan olduğuna inanan insanlar xəstəxanaya axın edib.
Ana körpəyə süd verməkdən imtina edib.
Həkimlər hesab edir ki, körpə ana bətnində olarkən genetik xəstəliyə tutulduğu üçün bəzi orqanları olmadan doğulub.
Körpə doğuşdan bir neçə saat sonra vəfat edib.