Rusiya İstintaq İdarəsi nəhəng korrupsiya qalmaqalı ilə bağlı araşdırmalara başlayıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Kommersant” qəzeti məlumat yayıb.
Məlumatlara əsasən, korrupsiya ittihamı Rusiya Müdafiə Nazirliyi ilə bağlıdır:
“İttiham nazirliyin texniki təchizat bölgəsinin 46 yaşlı rəisi polkovnik Aleksandr Valukinə qarşı irəli sürülüb. İttihamda qeyd edilib ki, Valukin vəzifəsindən sui-istifadə etməklə 368 milyon rubl (10,9 milyon AZN) rüşvət götürüb”.
Valukinin məhkəmə prosesi oktyabrın 29-da keçiriləcək.