ABŞ-ın Suriyanın cənubundakı hərbi bazası qapadılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İraqla sərhəddə yerləşən əz-Zakf hərbi bazasının bağlanmasına səbəb bu bölgədə planlaşdırılan deskalasiya zonasının yaradılmasıdır.
Suriyalı müxaliflər ABŞ-ın bu qərarından narahatlıqlarını ifadə ediblər. Müxaliflərin fikrincə, Vaşinqton bu qərarla onlara yardımı dayandıracaq.