Federal Ehtiyat Sisteminin (FED) yeni rəhbərinin adı bu gün açıqlanacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ Prezidenti Donald Tramp çıxış edəcək.
Buna qədər isə “Wall Street Journal” nəşri FED-in yeni rəhbəri ilə bağlı iddia irəli sürüb.
Məlumatlara görə, Cerom Paeull FED-in yeni rəhbəri olacaq.
FED-in hazırkı rəhbəri Canet Yellenin səlahiyyət müddəti 2018-ci ilin fevral ayında başa çatır.