ABŞ-ın dəstəklədiyi YPG/PYD qüvvələrinin 350-dən çox İŞİD-çinin Rakkadan qaçmasına yardımını özündə əks etdirən görüntülərə Türkiyədən də sərt reaksiya gəlib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Baş naziri Binəli Yıldırım danışıb.
O bildirib ki, bu görüntülər biabırçılıqdır:
“ABŞ bir terror təşkilatının əli ilə digərini vurmaq istəyir. Biz dəfələrlə demişik ki, bu mümkün deyil. Guya YPG silahlıları ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri ilə Rakkanı İŞİD-çilərdən təmizləyib, dinc sakinləri ora yerləşdirəcəkdi. Ancaq görün nələr baş verib. İŞİD-çiləri məhv etmək əvəzinə, onların silahları ilə birlikdə Rakkadan çıxmasına imkan yaradıblar. Oradan çıxan terrorçular dünyanın 4 bir yanına səpələnəcək, teraktlara səbəb olacaqlar. Ağıllı siyasətiniz budur? Türkiyə bird aha haqlı çıxdı”.