Rusiya Müdafiə Nazirliyi yalan məlumat yayan zabitləri cəzalandırıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.
Sözçü bildirib ki, ABŞ-ın Suriyada əl-Bukemal şəhərindən qaçan terrorçuları vurmaqdan boyun qaçırmasını əks etdirən görüntülər əvəzinə Rusiya ordusunun təlimlərindən görüntülər yayan şəxslər müəyyən olunub.
Video dünən yayılmışdı. Pilotsuz uçan aparatdan çəkilmiş görüntülərdə hərbi avtomobil karvanı əks olunurdu.