22 Noyabr 2017 15:07
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Asiya səfəri ilə bağlı şok məlumat yayılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səfər zamanı Trampı qoruyan amerikalı əsgərlərin Vyetnamda əcnəbi qadınlarla intim əlaqəyə girdiyi bildirilib.

“Vaşinqton Post”un məlumatına görə, bu səbəbdən Ağ Ev Trampın mühafizəsində olan 3 zabiti vəzifəsindən azad edib.

Pentaqonun sözçüsü Mark Vrayt məlumatı təsdiqləyib və olayın araşdırıldığını bildirib.

Qeyd edək ki, Donald Trampın Asiya səfəri noyabrın 5-14-də baş tutub.


Müəllif: Samir

Oxşar xəbərlər