ABŞ-ın Kaliforniya ştatında yaşayan, Fətullahçı terror təşkilatına üzv olmaqda günahlandırılan və barəsində həbs qərarı çıxarılan sabiq futbolçu Hakan Şükürlə bağlı yeni məlumatlar üzə çıxıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Kaliforniyanın ən zəngin məhəlləsində Tuts kafesi işlədən Şükürün şərikinin adı açıqlanıb.
Həmin şəxs Fətullah Gülənin yaxın adamlarından olan Əhməd Səid Qovurmaçıdır. O, İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq rəhbəri Qədir Topbaşın kürkəkəni Ömər Faruk Qovurmaçının əmisidir.