Rusiyanın "Qazprom" şirkəti 2017-ci ilin yanvar-noyabr aylarında Türkiyəyə ixrac olunan qazın həcmini ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4% artırıb.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bundan əlavə şirkət 2016-cı ilin 11 ayı ilə müqayisədə Yunanıstana - 11,6%, Bolqarıstana - 6,8%, Macarıstana - 22,3%, Serbiyaya - 26,1% qaz ixrac olunan qazın həcmini artırıb.
"Qazprom" yanvar-noyabr aylarında uzaq xaricə qaz ixracını 8,3% artırıb.