10 Dekabr 2017 14:04
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması qərarından sonra baş verən İsrail-Fələstin qarşıdurmasında 231 fələstinli yaralanıb.

Teleqraf.com xəbər verir ki, fələstinlilərlə İsrail əsgərləri arasında qarşıdurmalar əsasən Şərqi Qüdsdə, Qərbi Şeria və Qəzzada baş verib.

Fələstin Qızıl Aypara Təşkilatının açıqlamasında vurğulanır ki, Şərqi Qüdsün Səlahəddin küçəsində 12, işğal altındakı Qərbi Şeriadakı Ramallah, Beyt-ül-ləhm, Tülkerim və Nablus məntəqələri ilə İsrail sərhədində 219 fələstinli yaralanıb.

İsrail Ordusu tərəfindən verilən açıqlamada isə Qərbi Şeria və Qəzza sərhədində İsrail hüquq-mühafizə orqanları ilə fələstinlilər arasında 20 nöqtədə qarşıdurma yaşandığı vurğulanıb. Açıqlamada təxminən 600 fələstinlinin Qərbi Şeriada İsrail hərbçiləri ilə qarşıdurmaya getdiyi qeyd edilib. Qəzza sərhədlərindəki aksiyalarda isə 450 fələstinli iştirak edib.

Öz növbəsində İsrail polisi Şərqi Qüdsdə baş verən qarşıdurmalar zamanı 13 fələstinlinin həbs edildiyini, 4 İsrail polisinin yaralandığını qeyd edib.


Müəllif: Cavad

Oxşar xəbərlər