Çində kürəyindən 2 metrlik nizə ilə vurulan şəxs yaralı halda xəstəxanaya gəlib.
Teleqraf.com xəbər verir ki, həkimlər yaralını dərhal əməliyyata götürüblər. Çinin Zhejiang əyalətindəki xəstəxanaya aparılan yaralının durumunun orta ağır olduğu bildirilir.
Hadisənin səbəbləri barədə məlumat verilmir. Polis faktla bağlı araşdırma aparır.