14 Dekabr 2017 17:22
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu Livana hücum edəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı məlumatı İsrail kəşfiyyatının rəhbəri Yisrail Katz açıqlama verib.

O bildirib ki, hücum zamanı əsas hədəf İranın dəstəklədiyi Hizbullah döyüşçülərinin mövqeləri olacaq: “İran dəstəkli Hizbullah dəstələri Livanda raket istehsal mərkəzi inşa etmək istəyir. Hərbi əməliyyatlarla onlara əngəl törədəcəyik. Suriyada olduğu kimi hərəkət edəcəyik. Çox geniş və güclü hücum olacaq, bütün Livanı əhatə edəcək.

Biz müharibə istəmirik, Livana zərər vermək niyyətində deyilik. Ancaq bir livanlının bizə hücum etməsinə də icazə verməyəcəyik. Livanı daş dövrünə geri qayatarcağıq”.


Müəllif: Samir