ABŞ-ın müdafiə naziri Ceyms Mettis 2018-ci ildə Cənubi Koreyanın Pxenyan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarını ziyarət etməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə o özü jurnalistlərə bildirib.
“Yox, mən məşğulam, mənim işlərim var”, – deyə Pentaqon rəhbəri bildirib.
Qeyd edək ki, Ceyms Mettisin olimpiadanı ziyarət edəcəyi söhbəti Koreya yarımadasında təhlükəsizliyin təmin olunması kontekstində gündəmə gəlib.