Dünyaca məşhur aktyor Silvestr Stallone təcavüzdə ittiham olunur.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Santa-Monika polisinə şikayət ərizəsi daxil olub.
Adının açıqlanmasını istəməyən qadın Stallonenin onu 30 il əvvəl şəxsi ofisində zorladığını bildirib. Aktyor isə bu ittihamları rədd edib.
Faktla bağlı araşdırmalara başlanıb.
Qeyd edək ki, bundan öncə də 16 yaşlı qız Stalloneni təcavüzdə ittiham etmişdi.