Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Qüdsün İsrailin paytaxtı kimi tanınmasını rədd edən qərarına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Ərdoğan Fələstin və Qüdslə bağlı aparılan mübarizəyə dəstək verən hər kəsə təşəkkürlərini bildirib.
"BMT Baş Assambleyasında Qüdslə bağlı layihənin mütləq səsçoxluğu ilə qəbul edilməsindən məmnunluğumuzu ifadə edirik. Tramp administrasiyasından BMT Baş Assambleyasının qeyri-qanunu hesab etdiyi qərardan həmən vaz keçməsini gözləyirik".