Türkiyənin son vaxtlar xarici siyasətində əldə etdiyi uğurlar bəzi dövlətləri narahat etməyə başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Qətər, Somali və Sudanda hərbi baza quran Türkiyənin bu uğurlarını görən BƏƏ rəhbərliyi Ərəb ölkələrinə çağırış edib.
BƏƏ-nin Xarici İşlər naziri Ənvəq Qarqaş Səudiyyə Ərəbistanı və Misirdən olan həmkarlarına yazdığı məktubda Ərəb dünyasını Ankara və Tehranın idarə etməyəcəyi ilə bağlı fikirlər yer alıb.
Nazir bildirib ki, bölgə ölkələri təcili şəkildə Türkiyəyə qarşı birləşməlidir.