1 Yanvar 2018 20:37
2 460
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani ölkədə iqtisadi problemləri həll etmək üçün səylərini artıracağını və yaxın vaxtlarda ciddi addımlar atılacağını bildirib.

Teleqraf.com xəbər verir ki, Ruhani hökumətin ölkədə havanın çirklənməsi, infilyasiya və işsizlik məsələləri, həmçinin iqtisadi problemləri həll etmək üçün səyləri ikiqat artıracağını deyib.

Prezident həmçinin qeyd edib ki, İranda bahalaşma ilə bağlı problemlər əvvəlki hökumətin dövründən qalıb, bir qismi isə yerli səviyyədə məmurların yarıtmaz fəaliyyətilə bağlıdır:

"Bu problemləri xalqla hökumət əl-ələ verərək həll etməlidir. Aksiyaların məcrasından çıxmasına, başqa qüvvələrin əlində siyasi alətə çevrilməsinə imkan verməməliyik".

İranda cümə axşamı günündən etiraz aksiyaları keçirilir. İğtişaşlar ölkənin əhali sayına görə ikinci böyük şəhəri Məşhəddə başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər