4 Yanvar 2018 08:07
2 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən axşam saatlarında AKP-nin Sarıyer təşkilatında olub.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Türkiyə prezidenti burada çıxışı zamanı önəmli mesajlar verib.

Xalqa xitab edən Prezident Ərdoğan, "Tək millət deyirik, çünki, bizi bölmək və parçalamaq istədilər. Biz kürdü, lazı, ərəbi, ələvisi, sünnisiylə təkik, bizi bölə bilməyəcəklər. Tək bayrağımız var və onun tək rəngi şəhid qanının rəngidir. Hilal müstəqilliyinin ifadəsidir, ulduz şəhidlərimizin özüdür", - deyib.

Ərdoğan FETÖ-dən də bəhs edib:

"Paralel dövlət varmış, nə oldu, hardadır o dövlətin başındakılar? Kimisi Pensilvaniyada, kimisi Almaniyada, kimisi orada-burada, böyük bir qisimi də bu an həbsxanadadır. Sevimli gənclər, hüquq içərisində nə lazımdırsa, bu günə qədər olduğu kimi, bundan sonrada da tədbilər görüləcək. Acımayacağıq, açısaq acınacaqlı hala gəlirik. Biz onu sonuna qədər təqib edəcəyik".


Müəllif: Nahid

Oxşar xəbərlər