Türkiyə PYD terror təşkilatının nəzarətində olan Afrinə doğru hərbi birləşmə göndərir.
Teleqraf.com xəbər verir ki, Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərbçiləri daşıyan nəqliyyat vasitələri ardıq Afrinlə həmsərhəd olan Kilisə çatıb.
Mənbə qeyd edib ki, təkcə piyada qüvvələri deyil, ağır hərbi texnikalar da Afrin istiqamətinə hərəkət götürüblər.
Xatırladaq ki, bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Afrini terrorçulardan təmizləyəcəyini bildirmişdi.