11:35
İranda hökumət əleyhinə yeni aksiyalar başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, paytaxt Tehran da daxil olmaqla bir çox şəhərlərdə insanlar küçələrə axın edib və dini lider Əli Xameneyiyə qarşı şüarlar səsləndiriblər.
Bəzi şəhərlədə etirazçılarla polislər arasında toqquşmalar baş verib. Çox sayda fəalın saxlanıldığı bildirilib.
Məlumatlara görə, Sanandayda baş verən toqquşmalar zamanı bir neçə nəfər öldürülüb.
Tehranda etirazçılar “Rədd olsun, Xameneyi, referendum əsas ümidimizdir” şüarını səsləndiriblər. Şirazda isə mərkəzi küçələrdə yollar etirazçılar tərəfindən bağlanıb.
Güney Azərbaycanın Urmiya şəhərində də etirazçılar yeni nümayişlərə başlayıb.
Qeyd edək ki, dekabrın 28-dən bahalıq əleyhinə İranda başlanan etirazlarda hazırkı rejimə qarşı şüarlar səsləndirilib. Etirazlar zamanı baş verən toqquşmalarda azı 30 nəfər həlak olub, mindən çox insan saxlanılıb. Bu gün səhər saatlarında isə Xameneyinin təlimatı ilə SEPAH döyüşçüləri Həmədan, İsfahan və Luristana yeridilib.
***
İranın 15-dən çox şəhərində hakim rejimə qarşı kütləvi etirazlar keçirilir.
Sosial şəbəkələrdə müxtəlif şəhərlərdə baş tutan aksiyaların görüntüləri yayımlanıb.
Həmin görüntüləri təqdim edirik:
Tehran
Məşhəd
Zəncan
Dezful
Kərəc
Şiraz
Şahinşəhr
Sənəndəc
İsfahan