Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa səfəri zamanı Fransa-İtaliya birgə istehsalı olan SAMP/T hava hücumundan müdafiə sistemi ilə bağlı saziş imzalayacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, sazişin icrasının18 ay müddətində başa çatması gözlənilir.
Bu sistemin Türkiyənin Rusiyadan aldığı S-400-lərdən daha üstün olduğu bildirilir.
SAMP/T sistemlərində Aster 30 raketindən istifadə edilir. Sistem eyni anda 10 hədəfi vurmaq, 50 hədəfi izləmək və 16 raket atmaq qabiliyyətinə malikdir.
Aster 30 raketləri 120 kilometr məsafədəki hədəfi məhv etmək gücündədir.
Sistemin S-400-dən üstünlüyünə gəlincə isə, Rusiya sistemi NATO-ya daxil ola bilməyib, SAMP/T isə S-400-lərdən fərqli olaraq, ballistik raketləri tutmaq qabiliyyətinə malikdir.