BMT Təhlükəsizlik Şurası (TŞ) Fələstin torpaqlarının işğal altında saxlanılması və Yəmənin səbəbsiz bombalanması məsələsində aciz qalaraq İranın daxili işlərinə qarışmaqla etibarını sarsıdır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İranın BMT-dəki daimi nümayəndəsi Qulaməli Hoşru ABŞ-ın tələbi ilə İrandakı etiraz aksiyalarının BMT TŞ-də müzakirə edilməsini dəyərləndirərkən deyib:
“BMT TŞ digər dövlətlərin əleyhinə çıxmasına baxmayaraq, ABŞ-ın tələbi ilə belə bir iclas keçirib. Əslində bu, qurumun əsl simasını ortaya qoyur. ABŞ İranın daxili işlərinə qarışmaqla beynəlxalq hüququ pozur. ABŞ dünyada heç bir əxlaqi, siyasi və hüquqi gücə sahib deyil”.