10 Yanvar 2018 13:39
2 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son iki həftədə paytaxt Tehranda və İranın digər şəhərlərində islam respublikası hakimiyyətinə qarşı keçirilən kütləvi xalq etirazlarında tutularaq zindanlarda işgəncələr altında öldürülənlərin sayı 5 nəfərə çatıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə İranda məşhur vəkil və hüquq müdafiəçisi kimi tanlnan Nəsrin Sütudə məlumat verib:

“Məndə olan məlumatlara görə, 22 yaşlı Sina Qənbəridən başqa, gənc aksiyaçılar, Möhsün Adili və Vəhid Heydəri Dezful və Ərak həbsxanalarında, adları hələlik bəlli olmayan 2 nəfər isə Tehranın Evin həbsxanasında naməlum səbəblərdən həyatlarını itiriblər. Hazırda məsələnin mahiyyətini araşdırmaqla məşğuluq”.

Qeyd edək ki, dekabrın 26-dan İranda hökumət əleyhinə başlanan aksiyalar zamanı 30-dan çox insan öldürülüb, 3700 nəfər saxlanılıb.


Müəllif: Samir

Oxşar xəbərlər