Rusiya Prezidenti Vladimir Putinin 18 yanvar gecəsi Rusiyada qeyd edilən İsa Peyğəmbərin vəftiz günündə mənfi 7 dərəcə altında buz kimi suya girərək yaxalanması dünya mediasında da müzakirə olunub.
Teleqraf.com-un məlumatına görə, ABŞ-ın Rusiyadakı səfiri Con Huntsman Putinin bu hərəkətinə özünəməxsus reaksiya verib.
Səfir Putinin Moskva-ABŞ münasibətlərində müşahidə edilən soyuqluğu aradan qaldırmaq istədiyini, bu məqsədlə Rusiya mədəniyyətini daha dərindən tanımaq niyyətində olduğunu bildirib.
Buz kimi suda çimmənin unudulmaz bir ənənə olduğunu deyən diplomat bunun Rusiya-Amerika münasibətlərinə bir istilik gətirəcəyinə inandığını ifadə edib.
Qeyd edək ki, səfir Con Huntsmanın soyuq suya girərkən üşüdüyü üz gizgilərindən açıq görünüb. O, sudan çıxdıqdan sonra dərhal isti kofe içib.
Müşahidəçilər hesab edirlər ki, səfirin bu davranışında həm də diplomatik mesaj var. Bu faktiki olaraq Putinə bir cavab hesab oluna bilər.