26 Yanvar 2018 08:06
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən qeyri-populyar bir mənzərəni ifadə edəcəyəm: Ukraynanı NATO-ya daxil etməyə çalışmaq ağıllı fikir deyil, ancaq Rusiyanın bir peyki olmasına da icazə verilməməlidir.

Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ABŞ senatının müdafiə komitəsinin dinlənmələrində çıxışı zamanı deyib.

Onun fikrincə, Rusiyaya görə, Ukrayna 400 il onun ərazisinin bir hissəsi olub: “Digər tərəfdən bu ərazilər Avropa İttifaqı ilə bir sıra sahələrdə möhkəm əlaqələrə malikdir”.

Sabiq dövlət katibi bildirib ki, Ukrayna hadisələrin inkişafı nəticəsində hərbi sahədə olduğu kimi iqtisadi sferada da müstəqil olacaq və öz prioritetləri barədə məsələləri azad şəkildə həll edə biləcək.


Müəllif: Kəmalə

Oxşar xəbərlər