Türkiyə ilə 2016-cı ildə imzalanan miqrant razılaşması çərçivəsində 6 milyard avroluq maliyyə yardımının 3 milyardlıq hissəsinin necə ödənilməsi ilə bağlı müzakirələr Avropa Birliyində qalmaqala səbəb olub.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Faynənşl Tayms” qəzeti məlumat yayıb.
Avropa və Hollandiya pulun Avropa Komissiyası tərəfindən ödənilməsini istəyib. Avropa Komissiyası isə 3 milyardı təkbaşına ödəyə bilməyəcəyini açıqlayıb.
Məlumatlara görə, bundan öncə saziş çərçivəsində göndərilməli olan 3 milyard avro Avropa Birliyinin üzvlərindən toplanmışdı.
Qeyd edək ki, razılaşma 2016-cı ilin martında imzalanıb.