İranda 21 martdan hesablanacaq 1397-ci il üçün nəzərdə tutulan büdcə layihəsi rədd edilib.
Teleqraf.com xəbər verir ki, büdcə müzakirələrində iştirak edən 216 deputatdan 120-si layihənin əleyhinə səs verib.
İran parlamentinin təhbəri Əli Laricani layihəni 72 saat ərzində dəyişikliklər edilməsi üçün müvafiq komissiyaya göndərib.
Layihədə etiraza səbəb 34 milyon nəfərə dövlət yardımının dayandırılmasını nəzərdə tutan maddə olub.
Layihəni İran Prezidenti Həsən Ruhani dekabr ayında parlamentə təqdim etmişdi.