İrəvanda Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin kitabının təqdimatı təxirə salınıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə təqdimatın keçiriləcəyi mərkəzdən məlumat verilib.
Mərkəzin direktoru Yeqişe Çarentsa təqdimat mərasimi keçirməkdən imtina edib.
Təşkilatçıların sözlərinə görə, erməni dilinə tərcümə edilmiş “Qüvvələrin oyanışı” kitabının təqdimatı ilə əlaqədar mərkəzlə bir müddət əvvəl razılıq əldə edilib.
İmtinanın səbəbləri məlum deyil.