Türkiyə silahlı qüvvələri Afrində "Zeytun budağı" əməliyyatının 16-cı günündə iki şəhid verib.
Teleqraf.com xəbər verir ki, TSK 2 hərbçinin şəhid olması, 5 əsgərin isə yaralanması barədə məlumat yayıb.
"PKK/KCK/PYD-YPG və İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlarda iki qəhrəman qardaşımız şəhid olub, beş qəhrəman qardaşımız yaralanıb", deyə TSK-nın məlumatında qeyd olunur.