Bu gün Cənubi Koreyanın Pxençxan şəhərində 23-cü Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, mərasimdə iştirak etmək üçün Şimali Koreyadan 22 nəfərlik nümayəndə heyəti gəlib.
Nümayəndə heyətinə Şimali Koreya lideri Kim Çen İnin bacısı Kim Yo Çjon rəhbərlik edir.
Açılış mərasimindən sonra Kim Yo Çjon ABŞ vitse prezidenti Mayk Pens və Yaponiya Baş naziri Sindzo Abe ilə birgə şam yeməyinə qatılacaq.