15 Fevral 2018 09:01
2 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

01:14

ABŞ-ın Florida ştatının Brouard şəhərindəki Stoneman Duqlas liseyinə silahlı hücum edilib.

Teleqraf.com xəbər verir ki, bunu Brouard şəhərinin şerif idarəsinin rəsmi "Twitter" səhifəsində yer alan məlumata görə, hadisə nəticəsində azı 1 nəfər ölüb, 20 yaralı var.

Məktəb binası boşaldılıb. İlkin versiyaya görə, hadisəni şagirdlərindən biri törədib. Silahlı yaxalanmayıb.

***

01:31

ABŞ-ın Brouard şəhərində məktəbdə atəş açan şəxs polis tərəfindən saxlanılıb.

İnsident nəticəsində azı 15 nəfər yaralanıb, 14 nəfər ölüb.

ABŞ prezidenti Donald Tramp hadisə qurbanlarının ailələrinə başsağlığı verib.

***

08:38

ABŞ-ın Florida ştatının Brouard şəhərindəki Stoneman Duqlas liseyinə silahlı hücum zamanı ölənlərin sayı 17-yə çatıb.

Məlumatlara görə, hadisə zamanı xəsarət alan 50 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan 3-nün vəziyyəti ağırdır.

Olayı törədən 19 yaşlı Nikolas Kruz saxlanılıb. Onun daha çox insan öldürmək üçün məktəbdə yanğın siqnalını işə saldığı bildirilib.

Kruz saxlanılan zaman onun üzərindəki AR-15 silahı müsadirə edilib.

***

Floridadakı liseydə qətliam törədən Nikolas Kruzla bağlı yeni məlumatlar üzə çıxıb.

Polis Kruzun evində axtarış aparıb və xeyli silah-sursat aşkar edib.

Bu arada, Kruzun hadisədən sonra təşviş içində olan kütlənin arasında qaçmağa çalışdığı açıqlanıb. Saxlanılma zamanı onun üzərində gözyaşadıcı qaz balonları da aşkar edilib.

Hadisə ilə əlaqədar Florida ştatında bir günlük matəm elan olunub.


Müəllif: Samir, Ruslan