Yunanıstan mediası Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi əməliyyatlar zamanı istifadə etdiyi silahlardan yazıb.
Teleqraf.com xəbər verir ki, yunanlar Türkiyə istehsalı olan yeni silahları xüsusi qeyd ediblər.
Media Yunanıstan və Türkiyə arasında son günlər baş verən gərginlikdən bəhs edərkən, Afinanın bu mübarizədə qalib gələ bilməyəcəyini vurğulayıb:
“Biz Türkiyənin yeni silahları ilə mübarizə apara bilməyəcəyik. Yeni silahlar lazımdır. Yunanıstan hər gün bir az daha geriyə gedir”.